Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirus uşaqlarda çəpgözlük yarada bilər

Alimlər yeni növ koronavirusun (COVID-19) çəpgözlük yarada biləcəyini müəyyən ediblər.
RegionTV.info xəbər verir ki, türkiyəli oftalmoloqların çəpgözlüklə bağlı elmi araşdırmaları çəpgözlüyün cəmiyyətdə yüzdə 1-2 nisbətində daha çox uşaqlarda görüldüyünü ortaya çıxarıb.
Çəpgözlük göz tənbəlliyinə səbəb olur və digər xəstəliklərə yol açır. Məktəb yaşlı uşaqların görmə qüsurlarının düzəldilməsi uşağın məktəb müvəffəqiyyətinə təsir edir.
Tədqiqatlar kronavirusun təkcə uşaqlarda deyil, həm də böyüklərdə də çəpgözlük yarada bildiyini göstərir. Lakin koronavirusa bağlı çəpgözlüyün gözlərdə qalıcı bir zədə olması rastlanmayıb, iki-üç aya yaxşılaşa biləcəyi məyyən edilib.
Eyni zamanda, qeyri-sağlam qidalanmanın, gün işığını məhdudlaşdırmanın və daha az idmanın da göz xəstəliklərinə səbəb ola biləcəyi deyilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də