İş, səyahət fərq etməz, istənilən səbəbdən yola çıxırıqsa, bizi maraqlandıran ən vacib məsələ nəqliyyat və yerləşmədir.RegionTV.info bildirir ki, otel, nəqliyyat seçərkən qarşımıza anlamadığımız terminlər, suallar çıxır ki, bu anlayışların nə demək olduğunu çox vaxt bilmirik. Düşündük ki, səfərdə az olan, xüsusilə də ilk dəfə səfər edən turistlərimiz üçün otel qonaqlama şərtlərində ən çox istifadə edilən bəzi vacib terminləri sizlər üçün aydınlaşdıraq.
Otaq+Səhər yeməyi - Oteldə qalma qiymətinə sadəcə səhər yeməyinin daxil olduğu konsept. Bu o deməkdir ki, səhər yeməyindən başqa oteldə sifariş etdiyiniz bütün yemək və içkilələr üçün əlavə ödəniş etməlisiniz. Əgər otağınızda içərisi dolu soyuducu varsa, siz ondan çox rahatlıqla istifadə edə bilərsiniz, amma nəzərə alın ki, oteli tərk etdikdə bu hesabın ödənilməsi sizdən tələb olunacaq.
Yarım Pansiyon - Bu konsepsiyanın qiymətinə səhər və axşam yeməyi daxildir. Bəzən turistlər səhər yeməyindən sonra oteli tərk edir və bir də gecələmək üçün qayıdır. Ona görə də otel sifarişi zamanı məhz Yarım Pansion konseptini seçirlər. Səhər və axşam yeməyindən başqa, otelin təqdim etdiyi bütün yemək və içkilər üçün əlavə ödəniş edilir.
Tam Pansiyon ve Tam Pansiyon Plus - Tam Pansiyon dedikdə səhər, nahar və axşam yeməyi qonaqlama qiymətinə daxil edilir. Tam Pansiyon Plusda isə səhər, nahar, şam yeməyi ilə yanaşı oteldən alınan alkoqolsuz içkilərin də qonaqlama qiymətinə daxil olduğu konseptir. Bir sözlə hər şey daxil qonaqlamanın bir alt konseptidir. Bu konseptə hər oteldə yoxdur və daha çox qış turizm komplekslərində rast gəlinir. Tam Pansiyon Plus konsepsiyanı sifariş etməyə qərar verdikdə, turizm agentliyindən və ya oteldən tam pansiyon xidmətinə nələrin daxil olduğunu və hansı müddətdə pulsuz təklif edildiyini öyrənməyiniz məsləhətdir. Çünki, hər bir otelin bu konseptdə xidməti fərqli ola bilər.
Hər Şey Daxil Qonaqlama - Böyük və çox ulduzlu otellərdə ən çox istifadə olunan konsepsiyadır. Hər şey daxil sistemi oteldə qalmaq, yemək və içmək deməkdir. Yəni gündə 3 dəfə qidalanmadan tutmuş, gün ərzində sərinləşdirici, həmçinin alkoqollu içkilər, çay və qəlyanaltı oteldə qalma qiymətinə daxil edilir. Bundan başqa otelin bəzi əlavə xidmətləri də konsepsiyaya daxil edilir. Məsələn, idman zalı, spa və s. Qeyd edək ki, hər şey daxil sistemində içkilərdən istifadə edilməsi otellərə görə dəyişə bilir. Belə ki, bəzi otellərdə türk qəhvəsi və təzə sıxılmış meyvə sularına görə əlavə ödəniş tələb oluna bilər.
Ultra Hər Şey Daxil - Bu konsepsiya çox ulduzlu böyük otellərdə tətbiq olunur. Oteldən ayrılmadan tətil etmək istəyənlər bu cür otellərə üstünlük verirlər. Ultra Hər Şey Daxil qonaqlama sistemində gündə 3 dəfə qidalanma, gün ərzində sərinləndirici, həmçinin, yerli və xarici alkoqollu içkilər, çay və qəlyanaltı oteldə qalma qiymətinə daxil edilir. Hər Şey Daxil konsepsiyası ilə Ultra Hər Şey Daxil konsepsiyası arasındakı fərq isə o qədər də böyük deyil. Belə ki, Ultra hər Şey Daxil qonaqlama xidmətində turistlərə 24 saat ərzində günün istənilən vaxtı heç bir əlavə ödəniş etmədən yemək və içki sifarişi ilə yanaşı mini bar kabinetdə ödənişsiz olaraq ayrılır. Ultra Hər Şey Daxil otel xidmətinə "Deluxe Hotel" da deyilir.
Sadəcə otaq - Yalnız otağın istifadəsi üçün nəzərdə tutulur. Yəni qiymətə yalnız otaqdan istifadə daxildir. Müştəri sigər bütün xidmətlər üçün əlavə ödəniş etməlidir.
Otel Tipləri: Resort Otel nədir? - "Resort" termini otellər tərəfindən istifadə edilir və Tətil Kəndi mənasını verir. Tətil kəndi ilə əlaqəli bütün xüsusiyyətlər Resort Hotellər üçün də keçərlidir.
Tətil Kəndi - Müxtəlif otel xidmətlərinin olması deməkdir. Yəni əyləncə dolu böyük bir kompleksdir, əyləncə üçün oteldən çıxmağa ehtiyac duyulmur.
Hostel - Şəhər mərkəzində və ya şəhərdən kənarda daha ucuz qonaqlama yerləri təklif edən, bir yaxud bir neçə nəfərin bir yerdə qaldıqları ümümi yataq yerləri olan kompleksdir. Hostellər kiçik oteller kateqoriyasına aiddir. Bəzi hostellər ayrıca çarpayılara malik olmasına baxmayaraq, adətən 6-10 nəfərlik bir otaqda yerləşmə təklif edirlər. Ümumi vanna otağı da bu xidmətə daxildir.
Bungalov - Müəyyən ərazilərdə dəmir-beton tikililərə icazə verilməməsi səbəbindən taxta konstruksiyalardan inşa edilən otaqlardır. Bəzi hallarda bungalovların bir yerdən başqa yerə daşınması mümkündür. Ekoloji təmiz materiallardan inşa edildiyi üçün bungalovlar təbiətin bir hissəsi kimi görünür və bu otaqların da özünəməxsus müştəriləri olur.
Otaq Tipləri
Single Room ya da Single Bed - Tək otaq və ya tək yataq mənasını bildirən bir nəfərin qala biləcəyi otaqdır. Tək yataq konsepsiyası da bir otaqda bir nəfərlik çarpayının olduğu mənanı verir.
Double Room - Double Bed - Otel otağında iki nəfərlə qalmağın mümkünlüyünü, yaxud iki nəfərlik bir cüt çarpayının olmasını bildirir.
Twin Room - Twin Bed - Otel otağında iki nəfərin qala biləcəyi iki ayrı çarpayının olması deməkdir.
Triple Room nə deməkdi? - Otel otağında üç nəfərin qala bilməsini göstərir. Bu otaqda bir cüt çarpayı və bir tək çarpayı ola bilər. Və ya hər kəs üçün 3 ayrı tək çarpayı ola bilər. Bəzi hallarda da bir cüt çarpayı və divan çarpayı təklif edilə bilər.
Sofa Bed nə deməkdir? - Otel otağında açılan divan-çarpayının olmasını bildirir.
Quadruple Room - Quad Room - 4 nəfərin yata biləcəyi otaq mənasındadır. İki ikiqat çarpayı varsa Qadruple Room, dörd ayrı çarpayı varsa Quad Room otaq deyilir.
Bundan başqa, otellərdə otaq qiymətləri təklif edərkən otaq növləri və otaq tipləri üçün fərqli qiymətlər ola bilər. Suite otağı, ailə otağı, kral dairəsi, prezident suite və s. Adətən belə hallarda qiymətlər bir nəfərin qiymətindən 2-3 dəfə baha olur.
Xəbəri paylaş