Güclü yağışlardan sonra çaylardakı vəziyyət açıqlandı
Ötən gün ərzində yağan yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, keçən gün ərzində yağan yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb, Böyük Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.
Belə ki, Kiçik Qafqaz çaylarında suyun səviyyəsi 9-11 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda 10 sm, Lənkəran-Astara bölgəsi çaylarında 2-5 sm, Qanıx çayında isə 12 sm artım müşahidə olunub.