Qazaxda Türkiyə Respublikasının vətəndaşı, 61 yaşlı Hilal Kəskin ürək tutmasından dünyasını dəyişib.
RegionTV.info bildirir ki, ölüm hadisəsi "Qırmızı Körpü"də qeydə alınıb.
Dərhal əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Müayinə zamanı onun öldüyü məlum olub. Məlumata görə, Türkiyə vətəndaşı ürək xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, H.Kəskinin sürücü olduğu bildirilir.
Xəbəri paylaş