Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Frenk Uilyams vəfat edib

"Formula 1"in "Williams" komandasının yaradıcısı və sabiq rəhbəri Frenk Uilyams vəfat edib.
RegionTV.info bildirir ki, bu barədə komandanın "Twitter" səhifəsində paylaşım edilib.
Məlumata əsasən, Uilyamsın 79 yaşı olub. Onun ölümünün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, britaniyalı Frenk Uilyams "Williams" komandasını 1966-cı ildə yaradıb. Son dəfə 1997-ci ildə olmaqla komanda 9 dəfə Konstruktorlar Kubokunun qalibi olub.
"Williams" yarandığı müddətdən sonrakı dövrdə komandanın pilotları 114 dəfə müxtəlif Qran Prilərdə qalib gəlirlər. Komandanın 7 pilotu dünya çempionu olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də