Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

G7 ölkələrinin səhiyyə nazirləri fövqəladə iclasa toplaşacaqlar

"Böyük yeddilik" (G7) ölkələrinin səhiyyə nazirləri koronavirusun yeni "omikron" ştammının yayılması fonunda bu gün fövqəladə iclas keçirəcəklər.
RegionTV.info verdiyi məlumata görə, bunu Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid deyib.
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.
Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də