Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha bir ölkədə "omikron" ştammına yoluxma qeydə alınıb

İsveçrədə koronavirusun yeni "omikron" adı verilmiş ştammına mümkün yoluxma halı qeydə alınıb.
RegionTV.info bildirir ki, bununla bağlı ölkənin Federal Səhiyyə İdarəsinin "Twitter" səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir: "İsveçrədə təqribən bir həftə əvvəl Cənubi Afrikadan qayıdan bir şəxsdə "omikron" ştammı olduğu ehtimal edilən yoluxma halı aşkar edilib".
Bildirilir ki, bu barədə məlumat bir neçə gün ərzində, müvafiq təhlillər aparıldıqdan sonra təsdiq və ya təkzib ediləcək.
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.
Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də