Noyabrın 28-də Qırğızıstanda Ali Şuraya seçkilər keçiriləcək.
RegionTV.info bildirir ki, Qırğızıstanın Seçki Komissiyası 21 partiyanın namizədlərini, həmçinin 287 müstəqil namizədi qeydə alıb.
Ölkə daxilində və xaricdə seçki günü 2 494 seçki məntəqəsi fəaliyyət göstərəcək.
Parlament seçkilərini 730 xarici müşahidəçi izləyəcək.
Seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılacaq. Səsvermə yerli vaxtla saat 20.00-da başa çatacaq.
Xəbəri paylaş