SSRİ kommunist partiyasının baş katibi Leonid Brejnevin yaxın dostu Bolqarıstan Kommunist Partiyasının keçmiş baş katibi Todor Jivkova hədiyyə etdiyi "Mercedes" markalı maşın satışa çıxarılıb.RegionTV.info bildirir ki, 1950-ci il istehsalı olan maşına 10 milyon rubl (təxminən 230 min manat) qiymət qoyulub. Avtomobil cəmi 15 min kilometr gedib."Avito" elan saytına qoyulan maşın böyük marağa səbəb olub. Avtomobil hazırda Rusiyanın Sankt-Peterburq şəhərindədir.


