RegionTV.info
Bu günə qədər ümumilikdə 30 minə yaxın şəxsin əksgöstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib.Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, həmin vətəndaşlar müvafiq sertifikatla təmin olunub.
"Səhiyyə Nazirliyinin sosial şəbəkə hesablarına əks göstəriş sertifikatları ilə bağlı daxil olan çoxsaylı müraciətlərə cavab olaraq bildiririk ki, bugünə qədər ümumilikdə 30 minə yaxın şəxsin əksgöstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib", - məlumatda qeyd edilir.
Xəbəri paylaş