RegionTV.info xəbər verir ki, qeyri-adi hadisə Hindarx qəsəbə sakini Minarə Əliyevanın başına gəlib.
Qəsəbənin 3 saylı orta məktəbində riyaziyyat-informatika müəllimi işləyən M.Əliyevanın sözlərinə görə, bu ilin iyul ayında ənənəvi şəxsiyyət vəsiqəsin yeni nəsil şəxsiyyət vəsiqəsi ilə dəyişdirmək üçün Ağcabədi ASAN Xidmət Mərkəzinə müraciət edib.
Elə bütün məsələ də bundan sonra üzə çıxıb. M.Əliyeva bununla bağlı "Xəzər xəbər"ə danışıb:
"Rayon Təhsil Şöbəsinin mühasibatlığında mənimlə müqavilə imzalanan zaman mühasib çaş-baş qaldı. Direktora müraciət edib ki, bu müəllim vəfat edib? O da cavablayıb ki, xeyr, hazırda sinifdə dərs keçir. Məlum oldu ki, Ədliyyə Nazirliyinin saytında mən ölmüş kimi qələmə verilmişəm. Qeydiyyatda ölmüş kimi gedirəm".
Müəllim bununla bağlı yenidən Ağcabədi ASAN Xidmət Mərkəzinə müraciət edib. Oradan bildirilib ki, o, guya 1972-ci ildə Kəlbəcərin yaylağında vəfat edib, Ağcabədi rayon Hindarx qəsəbəsində dəfn olunub.