Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zelenskinin korteji jurnalisti vurdu

Ukrayna Prezidenti Vladimir Zelenskinin korteji "Pryamoy" telekanalının jurnalistini vurub.
RegionTV.info xəbər verir ki, hadisə Kiyevdə mətbuat konfransının keçirildiyi binanın çıxışında baş verib.
Yaralanan "Pryamoy" telekanalının jurnalisti Anna Dzioba hadisə barədə danışıb.
O bildirib ki, Dövlət Təhlükəsizlik İdarəsinin (UGO) əməkdaşları onun və başqa videoblogerin telefonunu əlindən almağa çalışıb.
Dzioba əlavə edib ki, hadisədən sonra Zelenskinin təhlükəsizlik nümayəndələri onu prezidentin kortejindən maşının kapotuna itələyərək yerə yıxıb.
Jurnalist xəstəxanaya yerləşdirilib. Onun dirsək oynağı əzilib və barmaqları şişib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də