
RegionTV.info bildirir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində paylaşımda bildirilib.
"Rusiya xalqına, "Listvyajnaya" mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik"- paylaşımda qeyd edilib.
Xatırladaq ki, Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb.