
RegionTV.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar xidmətindən məlumat verilib. Məlumata görə, ölənlər arasında 6 xilasedici də var. Baş prokurorun müavini Dmitri Demeşinin sözlərinə görə, partlayışa metan qazı səbəb olub. Hadisə ilə əlaqədar mədənin direktoru, onun birinci müavini və sahə rəhbəri saxlanılıb.
Məlum olub ki, onlar mədəndə təhlükəsizlik tədbirlərinin tələblərini pozublar.