
Göyçay rayonunda yanğın baş verib.Fövqəladə Hallar Nazirliyindən
RegionTV.info-ya verilən məlumata görə, rayonun Qarayazı kəndində ümumi sahəsi 136 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.