
RegionTV.info-nun xəbərinə görə bu barədə “TASS” agentliyi Kremlin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Kremldən bildirilib ki, görüşdə tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış razılaşmaların icrasının vəziyyətini müzakirə edəcəklər.
Eyni zamanda, regionda sabitliyin möhkəmlənməsi üçün növbəti addımlar da müzakirə ediləcək. Tərəflər həmçinin regionda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına da xüsusi diqqət yetirəcəklər.
Xəbərdə həmçinin V.Putinin İ.Əliyev və N.Paşinyanla təkbətək görüşəcəyi də bildirilir.