Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Erməni xalqı feyk xəbərlərin qurbanıdır - Fuad Axundov

 Erməni xalqı feyk xəbərlərin qurbanıdır.
Bunu RegionTV.info-ya açıqlamasında ekspert Fuad Axundov deyib.
"Fəaliyyətimizi daha da artırmalıyıq ki, ermənilərin feyk xəbərlərin darmadağın edək. İllərlə erməni xalqına yalandan sırınan tarixin həqiqət olmadığını faktlarla sübut edirik. İrəvan qalasının köhnə şəkillərin görəndə insanlar deyir ki, şəkildə olan şəhər indi yoxdur. Çünki ermənilər istəyiblər ki, Azərbaycanın izini şəhərdən silsinlər. Ermənilərə aid İrəvanda heç nə yoxdur. Orda ermənilərin tikdiyi binalar ötən əsrin altmışıncı illərinə təsadüf edir" - deyə F.Axundov bildirib.
F.Axundov qeyd edib ki, əvvəllər yeni texnologiyalar yox idi deyə Ermənistanda hakimiyyətdə oturanlar öz xalqını rahatlıqla aldada bilirdilər və öz saxta tarixlərinə sadə vətəndaşları inandırırdılar. Müasir texnologiya əsrində erməni xalqı yeni informasiyalar əldə etdikcə anlayırlar ki, onlara verilən informasiyaların hamısı feyk xəbərdir. Müasir texnologiyalar informasiya müharibəsində həqiqətin üzə çıxmasına kömək edir.
"Biz erməni nasizminin iflasa uğramasına nail olacağıq. Ermənilər informasiya mühribəsində bizə uduzur, çünki biz haqlı tərəfik. Tarixi təhrif etmək olmaz. Onların feyk xəbər siyasəti boşa çıxır. Bütün dünya gördü ki, 44 günlük müharibədə ermənilər bizə həm döyüş, həm də informasiya meydanında məğlub oldular", - deyə ekspert vuruğulayıb.
F.Axundov bildirib ki, ermənilər Qarabağda abidələrimizi də saxtalaşdırıblar. Onlar bizim olan alban kilsələrinə erməni kilsəsi deməklə yanaşı gürcü kilsələrinə də erməni kilsəsi deyirlər.
"Bir neçə il bundan qabaq ermənilər 442 gürcü kilsəsinin onlara verilməsini tələb edirdilər. Bu da onu göstərir ki, ermənilər tək bizim ərazimizə deyil, Gürcüstan torpaqlarına da iddialıdır", - deyə Fuad Axundov əlavə edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də