Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda müxalifətçilərin telefon danışıqları izlənilir

"Ermənistanda "Pegasus" casus proqramından istifadə olunmasına dair şübhələr var, çünki ölkə polis dövlətinə çevrilib və bəzi siyasi fiqurlar izlənilir, telefon danışıqları dinlənilir".
RegionTV.info bildirir ki, bu barədə media eksperti Tiqran Köçəryan bildirib.
Ekspert əlavə edib ki, "Pegasus" adətən gizli şəkildə istifadə edildiyi üçün heç kim bundan qorunmur. Şirkət heç vaxt müştərilərinin kim olduğunu və nə etdiklərini açıqlamayıb.
Mütəxəssisin sözlərinə görə, "Pegasus" çox bahalı olduğu üçün adətən sadə vətəndaşları izləmək üçün istifadə olunmur.
"Adi insanlar fərqli şəkildə tapılır. Onların telefonlarını izləmək üçün müxtəlif virus proqramları göndərmək daha asandır", - ekpert əlavə edib.
Qeyd edək ki, ölkə parlamentinin deputatı, "Ermənistan" fraksiyasının üzvü Qeqam Manukyan da vətəndaşların danışıqlarının "Pegasus" casus proqramı vasitəsilə dinləndilyini bildirib. O, casus proqramından istifadə və digər məsələlərlə bağlı Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyana yazılı sorğu göndərdiyini qeyd edib.
Yeri gəlmişkən, "Vətən" Partiyasının sədri və "Şərəf duyuram" parlament fraksiyasının rəhbəri Artur Vanesyan da "Pegasus" vasitəsilə telefon danışıqlarının izlənildiyini bildirib. O, qeyd edib ki, bununla bağlı "Apple" şirkəti tərəfindən xəbərdarlıq məktubu alıb.
Xatıladaq ki, Ermənistanda bir müddət qanunvericiliyə edilmiş dəyişikliyə əsasən güc strukturlarına bəzi şəxslərin telefon danışıqlarını izləmək səlahiyyəti verilib.
"Pegasus" "Apple iOS" və "Android" mobil əməliyyat sistemlərinin bəzi versiyaları ilə işləyən mobil telefonlara və digər cihazlara gizli quraşdırıla bilən casus proqramdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də