
Gəncədə bir ailə dəm qazından zəhərlənib.
Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
1952-ci il təvəllüdlü Elxan Əliyev, 1980-ci il təvəllüdlü Kamal Əliyev, 1984-cü il təvəllüdlü X.Əliyev, 2008-ci il təvəllüdlü N.Əliyeva və 2007-ci il təvəllüdlü Z.Əliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Xəstələrə tibbi yardım göstərilib, vəziyyətləri normallaşıb. Daha sonra xəstələr evə buraxılıb.
İlkin məlumata görə, bir ailənin 5 üzvü yaşadığı evdə dəm qazından zəhərləniblər.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, bir neçə gün bundan əvvəldə Gəncədə bir ailədən 6 nəfər üzvü dəm qazından zəhərlənmişdi.