Zaur Hüseynov Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub.
RegionTV.info xəbər verir ki, arzuları yarıda qalsa da, istəyinə nail olan çox qəhrəman oldu. O qəhrəmanlardan biri də şəhid Hüseynov Zaur Eldar oğludur.
Bir vaxtlar sadəcə bir ailə üçün ev tikib, təmir edən igid, indi 10 milyonluq bir ailə üçün ev tikdi, o evlərdə izin qoyub getdi. Daş tutan əllər artıq silaha sarıldı.
Zaur Hüseynov 1992-ci ilin mart ayında Beyləqan rayonunun İmamverdilər kəndində anadan olub. Elə onun anadan olduğu ildə Vətən torpağı üzərində qara buludların döndüyü ildir. Bəlkə də artıq hekayə bu ildən yazılmağa başlamışdı. 29 sentyabrdan Vətən müharibəsinə könüllü olaraq qoşulmuş şəhidin anası oğlunun keçdiyi həyat yolu və qəhrəmanlığından danışdı.
Onun igid qəhrəman kimi yetişməsində əməyi olan bir digər şəxs isə müəllimi olub.
Qeyd edək ki, şəhid Zaur Hüseynov Qubadlı rayonunun Qurbantəpə kəndində döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın işğaldan azad olunmasına görə", "Qubadlının işğaldan azad olunmasına görə" medalları ilə təltif olunub.
Xəbəri paylaş