Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə kişiləri intim görüntülərlə şantaj edən qadın tutuldu - azərbaycanlı imiş...

 Türkiyənin Zonguldak əyalətinin Alaplı rayonunda çox sayda kişini intim video görüntülərlə şantaj edən qadının kimliyi bəlli olub. Həmin qadınlardan biri azərbaycanlıdır.
RegionTV.info xəbər verir ki, əvvəlcədən seçdikləri şəxsə video zəng edən qadın onların soyunmalarına müvəffəq olub, sonra görüntüləri qeydə alıb. İddialara görə, azərbaycanlı qadınla birlikdə çalışan və özünü A.N kimi təqdim edən qadın rayonda fəaliyyət göstərən zərgərlə görüntü ilə danışıb, sonradan görüntülərin qarşılığında yüklü miqdarda pul alıb. Rayonda dövlət müəssisələrinin birində sürücü işləyən kişi də onların toruna düşüb, ancaq çalışdığı idarənin adından istifadə edərək şantajçılardan qurtula bilib. Bəlli olub ki, rayondakı məmurları, siyasətçiləri, biznesmenləri ziyarət edərək onlardan telefon nömrələri alan və bir neçə gün sonra zəng vuran qadın söhbət ərəfəsində soyunaraq kişiləri də soyunmağa təhrik edib. Bundan sonra görüntülərlə şantaj ediblər. Vəziyyət ortaya çıxandan sonra şantajçılar vilayətdən uzaqlaşıblar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də