
RegionTV.info xəbər verir ki, hadisə yolun Göyçayın Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, toy karvanının iştirakçısı olan 27 yaşlı Bəhruz Qarayev idarə etdiyi VAZ-2107 ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn yük avtomobilinin qarşısına çıxıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə rayonun Xəlitli kəndində “Mercedes” və 2 ədəd “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlunun meyitini deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.