
RegionTV.info xəbər verir ki, dünən Şamaxıda baş verən zəlzələlərdən sonra maqnitudası 2, 2.5 və 1.5 olan afterşoklar müşahidə olunub.
Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Xəzər Xəbər"ə deyib ki, bu afterşokların davam etməsi normaldır. O bildirib ki, zəlzələdən sonra afterşokun olmaması təhlükəlidir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli əlavə edib ki, Şamaxı seysmik cəhətdən aktiv zona olduğundan təkanların enerji toplanmış digər zəlzələ ocaqlarına da müəyyən qədər təsiri ola bilər. Lakin dağıdıcı gücdə zəlzələ baş verməyəcək. Qurban Yetirmişli vətəndaşları narahat olmamağa çağırıb.
Qeyd edək ki, dünən baş verən zəlzələ zamanı dağıntılara rast gəlinməyib. Bəzi zəif tikililərin divarlarında çatların yaranması isə tikintinin keyfiyyətsiz aparılması səbəbindən baş verib.