Sankt-Peterburqda yanğın nəticəsində 2 nəfər həyatını itirib
Tarix: 23-11-2021, 11:00Xəbərə baxış: 121
Rusiyanın Sankt-Peterburq şəhərinin Kurortnı rayonunda baş verən yanğın nəticəsində iki nəfər həyatını itirib.RegionTV.info bildirir ki, bu barədə Rusiya FHN-nin şəhər üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Torfyanaya küçəsində yerləşən tərk edilmiş evdə 2-ci mərtəbə və çardaq yanıb. Hadisə yerinə gələn xilasedicilər yanğını söndürüb. Qurbanların cəsədləri binanın daxilində tapılıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.