Yaponiya hökuməti hazırki onilliyin ortalarında kosmosa düşmənin hipersəs döyüş başlıqlarını izləyə bilən üç kiçik peyk buraxmağı planlaşdırır.
RegionTV.info xəbər verir ki, kosmik aparatlar, həmçinin mümkün təbii fəlakətləri izləmək üçün istifadə olunacaq.
Peyklər arasında məlumatların ötürülməsi üzrə sınaqların uğurlu olacağı təqdirdə Yaponiyanın bu sahədə müdafiə qabiliyyətini artırmaq üçün gələcəkdə onların sayının artırılması planlaşdırılır. Üç peykin orbitə çıxarılması ölkəyə təxminən 525 milyon dollara başa gələcək.
Xəbəri paylaş