Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Brüsseldə sanitar tədbirlərə qarşı keçirilən nümayişlər iğtişaşlara çevrilib

 Brüsseldə 35 minə yaxın insanın toplaşdığı sanitar tədbirlərə qarşı "Azadlıq üçün birlikdə" adlı etiraz aksiyası polisin su şırnağı və gözyaşardıcı qazdan istifadə etməsi ilə başa çatıb.

RegionTV.info bildirir ki, şəhər rəhbərliyi ilkin olaraq aksiyaya icazə verib. Etirazçılar Şimal vağzalından bulvar dairəsi ilə Cənub vağzalına doğru hərəkət edib. Təxminən saat 17:00-da polis nümayişin başa çatdığını və insanların evlərinə getməyə başladığını deyib, lakin 2000-ə yaxın insan ərazini tərk etməkdən imtina edib. Tpolis maşınlarının zədələnməyi, vandalizm aktları, o cümlədən şəhərdəki kafe və restoranların terraslarına hücumla nəticələnib
Onlar barrikadalar qurmağa, polisə daş və fişənglər atmağa başlayıblar. Buna cavab olaraq hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də