
RegionTV.info bildirir ki, hadisə Moskva prospektində qeydə alınıb.
"Toyota" markalı avtomobili idarə edən Murad Ağayev ara məsafəsi saxlamadığına görə ona məxsus nəqliyyat vasitəsi "Hyundai" markalı maşına çırpılıb. Qəza nəticəsində "Toyota"-da olan bir nəfər xəsarət alıb.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
