RegionTV.info paytaxtda yerləşən kimsəsizlər qəbiristanlığından reportaj hazırlayıb.
Başdaşı olmayan, rəqəmlərlə işarələnən qəbirlərdə mərhumların cinsiyyəti barədə belə məlumat yoxdur.
Məzarlıq haqqında danışan din xadimi Vüqar Əliyev qeyd edib ki, qəbiristanlığın yaşı 30-dan çoxdur və burada şəxsiyyəti müəyyən edilməyən mərhumlar dəfn olunur.
Din xadimi buradan yaxınlarını tapanların da olduğunu deyir. Onlar ya mərhumların nəşini yerində saxlayıb başdaşı düzəltdirir, ya da başqa yerdə dəfn edirlər.
Xəbəri paylaş