Krasnodar diyarında 17 yaşlı qızı oğurlayıb zorlayan ailə üzvləri 3 ildən 6 ilə qədər həbs cəzası alıb.
RegionTV.info xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (TFR) regional idarəsi məlumat yayıb.
Məhkəmənin müəyyən etdiyi kimi, 36 yaşlı ata, eləcə də onun iki qohumu qızın kənddəki evinə soxularaq onu zorla maşına mindirib aparıblar. Ata qaçırdıqları qızı 16 yaşlı oğluna ərə verməyi planlaşdırıb. Həmin gecə gənc oğlan "gəlini" zorlayıb, qohumlar da ona qarşı cinsi xarakterli zorakılıq hərəkətləri ediblər. "Komsomolskaya Pravda"nın yazdığına görə, qadınlar qızın bakirə olub-olmadığını yoxlayıblar. Qızın yaxınları polisə şikayət edənə kimi beş gün girov kimi saxlanılıb.
Xəbəri paylaş