
RegionTV.info-nun məlumatına görə, dünən Zəngilanda mina partlayışı olub.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı günorta saat 15 radələrində rayonda minaya düşüb.
Partlayış nəticəsində agentliyin əməkdaşı, 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı helikopterlə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, V.Babayev uzun illər ANAMA-da çalışıb.
Hadisə ilə bağlı araşdırma aparılır.