Kəlbəcər məsələsi iki tanınmışı, Jurnalisti və Vəkili “qarşı qarşıya” qoydu: İnsanlar isə tənqid etdi.
Aslan Ismayilovu LAF TV-yə çağırmışdım təzə yarananda. Onda yerüstü tv-lər onu arzuolunmaz şəxs elan etmişdilər. Yalan olmasın 4-5 dəfə qonağım oldu. Hər dəfə də çağıranda deyirdi ki, sənə hörmətim var gəlirəm, o biri kanallara getmirəm. Məlum görüşdən sonra tv-lərin ulduzu olub deyə telefonumu qaldırmır) Aaa, olmadı ki, Aslan müəllim) O tv-lərə etibar yoxdu, bir də gördün səni "persona non qrata" elan elədilər)
P. S. İTV-də gördüm və Kəlbəcərlə bağlı mövqeyi Əvəz Həsənovun mövqeyinə oxşadı deyə yazdım.
Uzun müddət media sahəsində çalışan və hər kəsin də tanıdığı Keçmiş Ans-çi Ləmən Ələşrəfqızın bu yazısı keçmiş vəkil və hüquq müdafiəçisi Aslan İsmayılovun xoşuna gəlməyib. o, da pz növbəsində bunları yazıb.
Ləman xanım, xahiş edirəm səmimi olun. Sizin LAF TV-ni məhz mənə görə tanıdılar, ona görə ki, 300 minlik səhifədə yeni yaranmış TV-ni reklam etdim. İkincisi, mənim heç vaxt efirə ehtiyacım olmayıb, bütün internet TV-lər hər gün məni dəvət ediblər və mən onlara yox demişəm, sizi ANS-dən tanıdığma görə razılıq vermişəm. Üçüncüsü, elə özümün səhifəmdə mənim çıxışlarıma baxış sayı 100 mindən artıq olub, heç kimə də ehtiyacım olmayıb. Dördüncü, hər gün məni söyən, böhtan atan taleh kimiləri dəvət edib məni təhqir etdirəndən sonra məni yenidən dəvət etməyin özü ayıb idi, sadəcə bunları deməmək üçün, xanım bilib telefonunu qaldırmamışam. Ən azından arxada haqqımda ağzından gələni danışıb görəndə Sizə böyük hörmətim var, mənə kömək edin deyən də siz olmusunuz. Burada haqqımda ağzına gələni yazanlara isə bir sözüm var. Yadda saxlayın həyat çox ədalətlidir və hər kəsə haqq etdiyini verir. Nə isə...
Nəticədə isəA.İsmayılovun bu yazısı insanlar tərəfindın bir mənalı olaraq qarşılanmayıb. Komentlərdə isə əsasən A.İsmayılova qarşı tənqidi fikirlər formalaşıb