Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar... FOTO



Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Fəxri BədənTərbiyəsi və İdman işçisi, Gəncənin atletika idman növü üzrə baş məşqçisi, mərhum Bəxtiyar Nəriman oğlu Əsədovun əziz xatirəsinə həsr olunmuş qızlar və oğlanlar arasında kross idman növündən 1000 metr məsafədə Gəncə şəhər birinciliyi keçirilmişdir.

Birinciliyin açılış mərasimi 44 günlük Vətən müharibəsi şəhidlərini əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.


 Yarışın açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək Bəxtiyar müəllimin idmanda göstərdiyi yüksək fəaliyyətdən və yetirmələrinin hər zaman yarışlarda yüksək nəticələr əldə etdiyindən bəhs etmiş, onun əziz xatirəsinin yad edilməsi üçün belə yarışların əhəmiyyətindən danışmış və yarış iştirakçılarına uğurlar arzulamışdır.

Yarışın yekununda Baş İdarə tərəfindən qalib olan idmançılar diplom və medallarla təltif olunmuşdur
.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də