Türkiyənin paytaxtı Ankara şəhərində 3 mərtəbəli yaşayış binasında partlayış baş verib.
RegionTV.info-nun verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, partlayışa səbəb qaz sızması olub. Binanın bir hissəsi çöküb.
Bildirilir ki, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Xəbəri paylaş