
RegionTV.info bildirir ki, hadisə Afiyyədin Cəlilov və Akim Abbasov küçələrinin kəsişməsində baş verib.
Belə ki, işıqforla tənzimlənən kəsişmədə "Toyoto" və "Hyundai" markalı avtomobillərin sürücüləri biri-birlərinə yol verməyib. Qarşı-qarşıya toqquşma zamanı hər iki avtomobilin sürücüsü və sərnişinləri olmaqla, ümumilikdə 4 nəfər xəsarət alıb.
Qəzadan sonra sürücülər arasında yaranan mübahisə davaya çevrilib.
Əraziyə iki təcili tibbi yardım xidməti və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Yaralılara ilkin tibbi yardım göstərilib.


