
Heydər Əliyev Beynəlxalq Hava Limanından RegionTV.info-ya bildiriblər ki, "Bees Airline" Odessa-Gəncə-Odessa marşrutu ilə həftədə bir dəfə uçuşlar keçirəcək.
Məlumata əsasən, reys bazar ertəsi Odessadan yerli vaxtla saat 09:00-da yola düşəcək və Gəncəyə yerli vaxtla 13:20-də çatacaq. Əks istiqamətdə uçuş həmin gün Gəncədən yerli vaxtla 14:50-də yol düşəcək və Odessaya yerli vaxtla saat 15:00-da çatacaq.