Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində dələlduzluq və oğurluq hadisələri törədən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan RegionTV.info-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, Arzu Puşkarov cari ilin müxtəlif vaxtlarında 10-a yaxın taksi sürücüsündən pul xırdalamaq adı ilə vətəndaşların edimadından sui-istifadə edərək onların pulunu dələduzluq yolu ilə mənimsəyib. Bundan başqa saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun ümumilikdə 5 vətəndəşa məxsus evdən su mühərrikini oğurlması məlum edilib.
Hazırda onun digər anoloji cinayətlər törətməsi istisna edilmədiyindən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş