
RegionTV.info-nun verdiyi məlumata görə, bu barədə yerli polis idarəsindən bildiriblər.
Bildirilir ki, Bakı vaxtı ilə təxminən 05:00-da polis idarəsinə atışma barədə məlumat daxil olub.
Hadisə yerinə gələn polis əməkdaşları bir nəfərin atışma nəticəsində öldüyünü qeydə alıblar.
Hazırda insidentlə əlaqədar araşdırma aparılır. Digər təfərrüatlar barədə məlumat verilmir.