Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı artıb

 2021-ci ilin oktyabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 125,4 min nəfərdən çox olub.
Bu barədə RegionTV.info-ya Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Məlumata görə, onlardan 97,9 min nəfərdən çoxu yaşa, 14 min nəfərdən çoxu əlilliyə, 13,4 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.
Qeyd edək ki, bu gün respublika üzrə pensiyaçıların ümumi sayı 1 milyon 200 min nəfərdən çoxdur. Bu da respublika üzrə ümumi əhalinin 12%-ni təşkil edir. Yaşa görə pensiyanın orta aylıq məbləği 358 manatdır. Pensiyaçıların 55,5%-ni qadınlar, 44,5%-ni isə kişilər təşkil edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də