Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu şəhərciyin "Azərsu"ya 254 min manat borcu var

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Yeni Bakı" yaşayış kompleksinin "Azərsu"ya küllü-miqdarda borcu yaranıb. Söhbət 254 min manatlıq borcdan gedir. Sakinlər deyirlər ki, onlar su pullarını MTK-nın komendantlığına ödəyirlər. Sual ortaya çıxır: bəs sakinlərin ödədikləri pullar hara gedir? Məsələni əməkdaşımız İslam Əşrəfov araşdırıb.
RegionTV.info Xəzər TV-yə istinadən xəbər verir ki, bu şəxslər ''İlin Dörd Fəsli'' MMC-nin Abşeron rayonunun Masazır qəsəbəsində inşa etdiyi ''Yeni Bakı'' yaşayış kompleksinin sakinləridir. 10 ildən artıqdır ki, 3 mindən çox mənzili olan bu şəhərcikdə sakinlərin su sayğacları rəsmi qeydiyyata alınmayıb və onlara abonent kodu verilməyib. Nəticədə burada yaşayanlar su pullarını rəsmi qaydada "Azərsu"ya deyil, hələ də MTK-ya ödəyirlər. 
Sakinlər deyirlər ki, onlardan alınan pulu şirkət özü ''Azərsu''ya ödəməlidir. Ancaq bu gün "İlin Dörd Fəsli" şirkətinin "Azərsu''ya 254 min manatdan artıq borcu yaranıb. (qəbz verilsin)
Borcun həddindən artıq çox olması vətəndaşlardan yığılan pulların ''Azərsu''ya ödənib-ödənməməsi məsələsini gündəmə gətirir. Əvvəlcə, kompleksdə fəaliyyət göstərən komendantlığa getdik. Azər adlı komendant suallarımıza cavabın yalnız baş idarədə - yəni "İlin Dörd Fəsli" şirkətində verilə biləcəyini dedi və suallarımızdan yayındı.
Şirkətin hüquqşünası isə "XəzərXəbər"ə bildirdi ki, şirkətin faktiki olaraq 254 min manat su borcu yoxdur. Çünkü ''Azərsu''yun şirkətin adına olan sayğacı 10 dəfə artıq borc yazır. O, bunun Apelliyasiya və Bakı Kommersiya məhkəmələrinin qətnamə və qərardadları ilə təsdiq edildiyini dedi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də