ABŞ-ın Missisipi ştatındakı həbsxanada ölüm hökmü icra olunub.
RegionTV.info xəbər verir ki, 2012-ci ildə arvadını öldürdüyü sübut edilmiş şəxs zəhərli iynə ilə edam olunub. Ölüm faktını həkimlər təsdiq edib.
50 yaşlı Devid Koks 2009-cu ildə arvadının şikayətinə görə həbs olunub. Arvadı Koksu ilk ərindən olan 12 yaşlı qızını zorlamaqda ittiham edirdi. Lakin Koks 3 gün sonra sərbəst buraxılan zaman arvadından qisas almaq qərarına gəlib. O, tapança əldə edərək arvadını işgəncə ilə öldürüb.
Məhkəmə prosesində o, qəflətən vəkildən imtina edib və prokurordan ölüm hökmünü tezləşdirməsini xahiş edib. Məhkəmə vəziyyəti araşdıraraq onun bu məktubu anlaqlı şəkildə yazdığını sübut edib və proses tezləşib. O, bu səhər Bakı vaxtilə saat 05.00 radələrində edam ediləcək.
Xəbəri paylaş