Gecə Bakıda avtomobil qarət olunub. Maşının içərisindən sənəd, pul və qiymətli əşyalar oğurlanıb. Zərərçəkmiş iddia edir ki, bu fakt onların yaşadığı ərazidə ilk deyil və mütəmadi xarakter alıb.
RegionTV.info xəbər verir ki, avtomobilin arxa yan şüşəsini qırıb qarət ediblər.
Hadisə gecə saatlarında paytaxtın Xətai rayonu ''NZS'' qəsəbəsində baş verib. Aşıq Qurban küçəsi 1 ünvanında yaşayan Nurlan Ramazanlı deyir ki, ötən gün özəl şirkətlərdən birinə məxsus idarə etdiyi avtomobili binanın qarşısında saxlayıb. O, səhər işə gedərkən avtomobilin arxa yan şüşəsinin qırıldığını və içində olan dəyərli əşya və pulunun oğurlandığını görüb.
Zərərçəkmiş dərhal 102-i xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 37-ci polis şöbəsinin əməkdaşları gəlib, avtomobilə baxış keçirib, əl-barmaq izlərini götürüblər. Nurlan Ramazanlının sözlərinə görə, baş vermiş hadisə həmin ünvanda ilk deyil.
Hazırda 37-ci polis şöbəsinin əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görür.
Xəbəri paylaş