Türmə xəstəxanası Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicəsi üçün tələb olunan şərtlərə cavab vermir.RegionTV.info xəbər verir ki, bu barədə Gürcüstanın Xalq müdafiəçiləri yanında çoxfunksiyalı həkimlər qrupunun rəyində deyilir.
Bildirilib ki, həkimlər Saakaşvilini ziyarət edib və diaqnostika aparıb:
"Saakaşvilinin vəziyyəti kritikdir. Diaqonoza əsasən getdikcə vəziyyəti daha da pisləşəcək və nəticədə epilepsiya, koma, mədə qanaxması və s. fəsadlar müşahidə oluna bilər".
Xəbəri paylaş