Türkiyədə 20 yaşlı gənc ata-anasını öldürəndən sonra intihar edib.
RegionTV.info xəbər verir ki, Yusuf Çağrı Ekici adlı gənc əvvəlcə anası Sakine Ekicini, ardınca atası Yusuf Ekicini mətbəxdə silahla vurub.
Ata-anasını qətlə yetirdikdən sonra otağına keçən gənc zəhər içərək özünü də öldürüb.
Sonradan məlum olub ki, o, işlədiyi cinayətlə bağlı bir gün əvvəl sosial şəbəkədə paylaşım edib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Xəbəri paylaş