Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda batut gimnastikası üzrə dünya çempionatı başlayır

 Bakıda keçirilən Batut Gimnastikası üzrə 35-ci Dünya Çempionatında yeni ən yaxşı idmançıların yüksəlişini izləyəcəyik.
RegionTV.info bildirir ki, bunu Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe Batut Gimnastikası üzrə 35-ci Dünya Çempionatının açılış mərasimində çıxışı zamanı deyib.
FIG prezidenti qeyd edib ki, Batut Gimnastikası üzrə Dünya Çempionatı üçün Bakıya yenidən səfər etmək onun üçün çox xoşdur. Bu möhtəşəm məkanda bir çox Dünya Çempionatları təşkil edilib, amma batut gimnastikası üzrə Dünya Çempionatı ilk dəfədir ki, keçirilir.
"Mən Azərbaycan Gimnastika Federasiyasındakı dostlarımıza yarışı ərsəyə gətirmək üçün çəkdikləri zəhmət və bu böyük tədbir üçün bizə belə mükəmməl şərait yaratdıqlarına görə təşəkkür etmək istəyirəm. Deyə bilərik ki, 2021-ci il tərəqqi ilidir! Üç ay əvvəl Olimpiya Oyunlarını keçirdik, indi isə Dünya Çempionatında iştirak edirik. İnanıram ki, biz burada bütün kateqoriyalar üzrə yeni ən yaxşı idmançıların yüksəlişini izləyəcəyik.
İki böyük çempionun yanımızda olması bizi çox qürurlandırır: Kanadadan Karen Kokbörn və Fransadan Devid Martin. Onlar bu yarışın batut gimnastikası üzrə Səfirləridirlər. Bütün yarış iştirakçılarına və onları əhatə edən şəxslərə uğurlar arzulayıram! İndi isə Bakıda keçirilən Batut Gimnastikası üzrə 35-ci Dünya Çempionatını açıq elan edirəm!" - deyə o bildirib.

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 3 ölkədən 300-dək gimnast iştirak edəcək.
4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də