Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib. Bu barədə RegionTV.info-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.