Bakı şəhərinin Xətai rayonunda 1 nəfər tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) RegionTV.info-ya verilən məlumata görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Xəbəri paylaş