
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 nəfər hərbi qulluqçusu şəhid olub. Şəhid olanlardan biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğludur. Hazırda şəhidimizin doğulub boya-başa çatdığı Gəncə şəhərində dəfn mərasimi keçirilib
