Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti daha bir "humanitar" aksiyanı gerçəkləşdirib.
RegionTV.info bildirir ki, dünən rusiyalı sülhməramlılar Xankəndi şəhər xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə adyal daşımaqla məşğuldular. Xəstəxanaya 200 adyal verilib.
Bu arada bəlli olub ki, Rusiyanın Rostov şəhərindəki vilayət kliniki xəstəxanasından (1-ci Süvari Ordu küçəsi, 33) Xankəndinə ginekoloq gətirilib. Həmin həkim rəsmi sənədlərdə "hərbi həkim" ("voenvraç") kimi göstərilib.
"Hərbi ginekoloq"un fəaliyyət sahəsinin bəlirlənməsinin özü belə, paradoksaldır.
Xəbəri paylaş