Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda məktəbə “patı” gətirib, uşaqlara zorla veriblər? - DİN məsələyə aydınlıq gətirdi

 Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda məktəblərin birinə "patı" gətirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev RegionTV.info-nun  sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların araşdırılması yekunlaşıdırılıb.
O qeyd edib ki, məsələ təsdiqini tapmayıb: "Bəzi sosial şəbəkə seqmentlərində yayılmış məlumatlarda deyilənlərə görə, Bakıxanov qəsəbəsində məktəblərdən birinə psixotrop maddə - metamfetamin (patı) gətirilməsi ilə bağlı yayılan iddialar əsassızdır. Bu istiqamətdə keçirilən tədbirlərlə yayılan iddialar təsdiqlənmir".
"Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, belə əsassız, həqiqətə uyğun olmayan faktsız, iddialara inanmasınlar. Ölkə ərazisində hüquq-mühafizə orqanları tərəfindən bütün neqativ hallara qarşı mübarizə aparılır. Əgər kimdəsə belə əsaslı fakt varsa, həmin faktla Daxili işlər orqanlarına müraciət edilməlidir. Bu həm də vətəndaş məsuliyyəti və vətəndaş vəzifəsidir" - o vurğulayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də