
RegionTV.info bildirir ki, sınaqlar gecə saatlarında Niiqata prefekturasında aparılıb. Maşinist qatarın baş vaqonunda olub və baş verənlərə nəzarət edib, lakin cihazlar panelinə toxunmayıb. Sınaq zamanı qatar 100 km/s qədər sürətlənib, hər hansı bir gözlənilməz vəziyyət yaranmayıb.
Pilotsuz qatarların inkişafı əhalinin sürətlə qocalması səbəbindən Yaponiyanın gələcəkdə yerli işçilərin, o cümlədən maşinistlərin çatışmazlığı ilə üzləşə biləcəyi ehtimalı ilə əlaqələndirilir.